Avtomobil loqoları hansı mənaları daşıyır?

logoblog

Dünyada 2.000-ə yaxın avtomobil markası var. Hər bir markanın loqosu olduğu kimi, özünəməxsus hekayəsi də var. Bir-birinə keçirilmiş halqalar, şimşək, 3 guşəli ulduz və s... Bəs nədir bu loqoların mənaları?

porsche

Porsche

Markanın loqosunda milliyyətçi elementlər var. Ortadakı qara at Almaniyanın Ştutqart şəhərinin gerbində əks olunmuşdur. Şirkətin mərkəzi də məhz bu şəhərdədir.


mercedes

Mercedes-Benz

Loqodaki 3 guşəli ulduz şirkətin quruda, suda və havadakı hakimiyyətinin simvoludur. Bundan əlavə marka adını şirkətin qurucusu Karl Benzin böyük qızı Mercedes Benzdən almışdır.


audi

Audi

Emblemdə iç-içə olan 4 ədəd halqa 1932-ci ildə Almaniyada güclərini birləşdirən dörd avtomobil şirkətini təmsil edir. Auto Union adlı bu birliyin tərkibindəki markalar bunlar idi: Audi, Horch, DKW, Wanderer. Bu günə qədər fəaliyyətinə davam edən tək marka isə elə məhz “Audi”dir.


toyoto

Toyota

Yapon markası olan Toyotanın loqosunda 3 ellips şəkilli forma gözə çarpır. Daxili ellipslərdən biri şirkətin, digəri isə müştərinin ürəyini təmsil edir. Beləliklə, bu iki hərf birləşərək “T” hərfini meydana gətirir. Bundan əlavə, “Toyota” sözü məhz elə loqonun daxilində də yer alır.


opel

Opel

Markanın qurucusu olan Adam Opel A.G-nin hekayəsi fermada başlamışdı. Köhnə bir ahırı emalatxanaya çevirən Adam Opel, əvvəlcə tikiş maşınları, 1898-ci ildən etibarən isə avtomobil istehsalına başladı. Loqoda gördüyümüz halqanın içərisindəki şimşək fiquru isə 1963-cü ildə o zamanların məşhur yük maşını markası olan Opel Blitz-dan ilham alınaraq hazırlanmışdır. Blitz alman dilində şimşək mənasına gəlir.


bmw

BMW

Tam adı Bayerische Motoren Werke olan BMW 1913-cü ildə Karl Friedrich Rapp tərəfindən Almaniyanın Münhen şəhərində yaradılmışdır. İlk zamanlarında sadəcə təyyarə motoru istehsalı edən şirkət 1928-ci ildə Fahrzeugtechnik Eisenach A.G. avtomobil şirkətini satın aldıqdan sonra avtomobil istehsalına da başlamışdır. Markanın ilk avtomobili 1929-cu ildə 3/15 PS adındaki avtomobil olmuşdur. BMW-nin loqosu aviasiya keçmişlərinə olan hörmətdən irəli gəlir. Emblemin mavi hissəsi səmanı, bəyaz hissəsi isə təyyarənin pərvanəsini təmsil edir.


Facebook-da paylaş

Twitter-də paylaş

Linkedin-də paylaş